Bütün məşhurlar qala gecəsinə toplaşdı

6 Noyabr 2021 16:24 (UTC+04:00)

Baş rollarda məşhur sima Gökçe Bahadır, Barış Arduç, Salih Bademci və Metin Akdülgerin yer aldığı “Klub” serialının qala gecəsi “Salt Gala”da keçirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, gecədə serial komandası ilə yanaşı, bir çox məşhurlar da iştirak edib.

Qalaya həyat yoldaşı aktrisa Beren Saatla gələn müğənni Kənan Doğulu “4. Epizod üçün mahnı verdim. Bizimlə “Klub” arasında emosional bir bağ var idi” dedi.

Barış Arduç və Gökçe Bahadır serialda oynadıqları üçün çox şanslı olduqlarını bildiriblər.

Ayşən Vəli