Binəli Yıldırımdan Rusiyaya çağırış

6 Noyabr 2021 11:19 (UTC+04:00)

Qlobal Bakı Formu növbəti panel iclası ilə davam edir. SİA xəbər verir ki, Türkiyə Respublikasının keçmiş Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, millət vəkili Binəli Yıldırım da forumda öz fikirlərini qeyd edib.

“Humanitar məqsədlə açılmış Laçın dəhlizindən fərqli məqsədlərlə istifadə edildiyinin müşahidə olunduğunu söyləyən B.Yıldırım bunun yolverilməz olduğunu vurğulayıb. Rusiyanı üçtərəfli razılaşmaya uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirməyə çağırıb.

Ayşən Vəli