Salyanda şadlıq sarayının sahibi cərimə olundu FOTO

6 Noyabr 2021 10:53 (UTC+04:00)

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində apardıqları nəzarət-profilaktiki tədbirlər zamanı rayon ərazisində yerləşən “Muğan” şadlıq sarayında qaydaların pozulması halları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan SİA-ya verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə adıçəkilən şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən edilib.

Qaydaları pozan şadlıq sarayının sahibi F.Rzayev barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib olunub və o, 4000 manat cərimə edilib.