Nigeriyalı quldurların dinc əhaliyə növbəti hücumu

6 Noyabr 2021 04:32 (UTC+04:00)

Nigeriyanın şimalında yerləşən iki kəndə quldurlar tərəfindən hücum olub.

SİA bu barədə “Sinxua” agentliyinin yaydığı məlumata istinad edib.

Məlumata görə, Yaqbak və Unqvan-Ruxuqo kəndlərinə edilən hücum zamanı 10 dinc sakin öldürülüb, çoxlu evlər talan edilib.