BMT Sudanda həbsləri dayandırmağa çağırıb

6 Noyabr 2021 01:37 (UTC+04:00)

BMT 3 sudanlı siyasətçinin həbsini pisləyir və hərbi hakimiyyəti bu cür hərəkətləri dayandırmağa çağırıb.

Bunu BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq deyib.

Qeyd edək ki, noyabrın 4-də Xartumda hakimiyyəti ələ keçirmiş hərbçilərə qarşı çıxan “Azadlıq və Dəyişiklik Uğrunda Qüvvələr” koalisiyasının 3 lideri saxlanılıb. Haq bildirib ki, onlar BMT-nin Xartumdakı missiyasının qərargahı yaxınlığında həbs ediliblər.

“BMT ölkənin hərbi rəhbərliyini siyasi xadimlərin həbsi, insan haqlarının pozulmasına son qoymağa, oktyabrın 25-dən sonra saxlanılan bütün şəxslərin dərhal azad edilməsinə çağırır”, – deyə Haq bildirib.