"Əl-Sədd"ə təzminatı Xavi də ödəyəcək

5 Noyabr 2021 22:19 (UTC+04:00)

Xavi "Barselona"nı çalışdırmaq üçün "Əl-Sədd"lə müqaviləyə erkən xitam verəcəyinə görə kluba təzminat ödəyəcək.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Tərəflər arasındakı danışıqların nəticəsində həm "Barselona"nın, həm də Xavinin Qətər klubuna təzminat verəcəyi bəlli olub. Məlumata əsasən, "Barselona" və Xavi hərəyə 2,5 milyon avro məbləğində ödəmə edəcəklər.

Yaxında "Barselona"nın baş məşqçi təyinatını açıqlayacağı bildirilib.

Qeyd edək ki, Xavi 1998-2015-ci illərdə "Barselona"da oynayıb. O, 2019-cu ildən "Əl-Sədd"ə baş məşqçilik edir.