Rejissorluğunu Semih Kaplanoğlunun etdiyi Türkiyənin “Oscar” namizədi "Sadiq Həsən" (Bağlılık Hasan) filmi “2021-ci ilin ən yaxşı xarici filmi” seçildi. SİA bu barədə türk mətbuatına istinad edir.
Cənubi Amerikanın yaşlı festivallarından olan 45-ci Sao Paulo Beynəlxalq Film Festivalında Türkiyə "Sadiq Həsən" filminə görə Tənqidçi Münsiflər Heyəti tərəfindən "İlin ən yaxşı xarici filmi" mükafatıa layiq görüldü. Mükafat festivalın “New Filmmakers” və “İnternational Perspective” nominasiyaları üzrə göstərilən 211 film arasından seçilərək verilib.
Qeyd edək ki, "Sadiq Həsən" filmi ötən həftə IX Boğaziçi Film Festivalından “Ən yaxşı film” də daxil 3 mükafata layiq görülmüşdü.