Fransada quş qripi ilə bağlı xəbərdarlıq

5 Noyabr 2021 21:59 (UTC+04:00)

Keçən həftə Hollandiyada bir qanatlı heyvan fermasında quş qripi virisu (H5) aşkar edildikdən sonra tədbir məqsədi ilə 36 min quş məhv edildidi. SİA bu barədə rus mətbuatına istinad edir.

Həmin hadisədən sonra Fransa hökuməti hərəkətə keçərək ev quşlarının qapalı məkanlardan çıxarılmasını qadağan edib. Hökumət avqust ayından bəri Avropada bəzi fermalarda 130 quş qripi hadisəsinin aşkarlandığını açıqlayıb.