YAP Laçın rayon təşkilatı Zəfər Bayramı ilə əlaqədar tədbir keçirib

5 Noyabr 2021 17:45 (UTC+04:00)

YAP Laçın rayon təşkilatı tərəfindən 05.11.2021-ci il tarixdə “Zəfər Günü” mövzusunda videkonfrans keçirildi. Videokonfransda YAP Laçın rayon təşkilatı sədrinin səlahiyətlərini icra edən İlqar İlyasov konfrans iştirakçılarını salamladı və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İlqar İlyaaov çıxış edərək bildirib ki, 30 il ərzində bütün Azərbaycan xalqını birləşdirən bir sual var idi: "Bu işğal nə zaman bitəcək?", "Öz dədə baba torpaqlarımıza nə zaman geri dönəcəyik?". 44 gün davam edən Vətən Müharibəsində Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyev cənablarının "İRƏLİ!" əmrilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimizin şücaəti ilə 30 illik həsrətə son qoyuldu. 30 ildə Qarabağ sözü qəlblərdə yaranmış ağrıya, niskilə, göz yaşlarına son qoyuldu. Bütün şəhidlərimizin qanı yerdə qalmadı. Ədalət qalib gəldi, ərazimiz bütövləşdi, Qarabağ Azərbaycanımıza qovuşduq. Bir sözlə, haqqın öz yerini tapdığı gün gəlib çıxdı və Cənab Prezidentimiz İham Əliyevin də dediyi kimi: "Bizim üçün artıq 30 illik işğal da, müharibə də arxada qalmışdır".

Bəli, bütün bunlara 44 günlük müharibə ərəfəsində – öz torpaqlarımıza göz tikən, sonra da torpaqlarımızdan Müzəffər Ordumuzun əsgər və zabitləri tərfəindən it kimi qovulan faşistxislətli vandal, yeri-yurdu olmayan işğalçı erməni əsgərlərinə elə bir dərs verildi ki, hətta bütün hərbi sursatlarını, hər şeylərini qoyub qaçdılar. Ancaq bilmədilər ki, bütün ailəsinin gözləri önündə işgəncə ilə qəddarcasına məhv olmasına şahid olan oğulların atəşinin səsini kəsmək 30 il əvvəlkinə heç bənzəməz. Bu intiqam ,həsrət, ədalət atəşidir! Ali Baş Komandanımızın sarsıdılmaz dəmir yumruğu, igid oğullarımızın böyük qəhramanlıqları və Azərbaycan xalqının mərdliyi , yenilməzliyi sayəsindəbu işğala son qoyuldu. Bu gün müstəqil Azərbaycanın qurucusu Ulu Öndərimiz Heydər Əliyevin ruhu şaddır, çünki Qarabağ "məsələsi" artıq yoxdur. Qarabağ məsələsi artıq Ulu Öndərin siyasətini uğurla davam etdirən ölkə başçımız cənab İlham Əliyev tərəfindən əbədi olaraq öz həllini tapdı – torpaqlarımız bütövləşdi, artıq Qarabağ Azərbaycandır.

Artıq başımızı dik tutub Şəhidlər Xiyabanını ziyarət edə bilirik.

Üçrəngli bayrağınla məsud yaşa!- sözləri sadəcə söz xatirinə deyilmir, bu günümüzə, sabahımıza, gələcəyimizə çatdırmaq, unudulmamaq üçün deyilib. Əsrlərdir bu vətən uğrunda qan töküb can veririk. Yəni, ayaq basdığımız bu torpağın hər qarışında hər damla qanın haqqı olan ŞƏHİDLƏRİMİZ var.

44 günlük Vətən müharibəsi Şəhidlərimizin qəhrəmanlıq salnaməsidir. Şəhidlərimiz öz qanı ilə, canı ilə torpaqlarımızı işğaldan azad etdilər.Bütün dünyaya Azərbaycan xalqının mərd,igid, qürurlu xalq olduğunu sübut etdilər.Biz onlarla qürur duyuruq.Şəhidlərimizin keçdikləri şərəfli yol yetişməkdə olan gənc nəsilə örnəkdir.

Sonda YAP Laçın rayon təşkilatının fəalları Zəfər Bayramı ilə bağlı öz təsutarlarını bölüşdülər.