Bu gün Bakı şəhəri Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Binə qəsəbəsindəki 24 saylı onbirillik Uşaq Musiqi Məktəbində “Zəfər bayramı” münasibətilə tədbir keçirilib. Tədbirdə aparıcı-müəllim Aytən Haşımova çıxış edərək şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edilməsini xahiş edib.
Sonra Azərbaycanın Dövlət Himni səslənib.
Aytən Haşımova qeyd edib ki, 30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi. 8 noyabr 2020-ci il - Qarabağa qovuşduğumuz tarixi gün. Bu gün böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür! Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür. Bu gün Qarabağda tarix yazan igidlərin günüdür!
Məhz bu tarix - xalqımızın tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan Qarabağın tacı sayılan Şuşa şəhərinin işğaldan azad edildiyi gün - 8 noyabr Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda Zəfər Günü kimi təsis edildi.
Biz bu günü çox gözlədik... 1 ay yox, 1 il yox, illərlə...
Bizə bu şərəfli günləri yaşadan, dastana dönən şəhidlərimizin ruhları qarşısında baş əyirik. Bizlər bu gün aldığımız hər nəfəsi onların verdikləri son nəfəsə borcluyuq. Və tədbirimizə başlamadan öncə şəhidlərimizin müqəddəs ruhlarını 1 dəqiqəlik sükutla yad edək.
Ruhunuz şad olsun Vətənimizin igid oğulları! Sizləri hər zaman qürur və ehtiramla xatırlayacağıq.
Vətən bağı al əlvandır, sayəndə Azərbaycan əsgəri!
İllərdir havasına, suyuna həsrət qaldığımız Qarabağ ürəyimizdə elə bir dastana çevrildi ki, sevgimiz, qürurumuz, qeyrətimiz, gücümüz və sözümüz bir oldu.
Azərbaycan əsgəri gözümüzün dikildiyi uzaqları əlimizin çatacağı, ünümüzün yetəcəyi qədər yaxınlaşdırdı.
Qazandıq amma təəssüf ki, itirmədən qazanmaq olmur.
Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur rəşadətli əsgər və zabitlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı və xalqımızın birliyi hesabına qazandıq...
2020 ci il, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
8 noyabr 2020-ci il Ali Baş Komandan və şanlı Azərbaycan əsgərinin yazdığı şanlı tarix, 30 illik həsrəti 44 gün müddətində bitirən müzəffər ordu. Liderimiz daim çıxışlarında "Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır" deyirdi. O, Ulu Öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq zəfər qazandı. Bu zəfər asan başa gəlmədi. Daim danışıqlara üstünlük verən dövlətimiz, öz hünərini döyüş meydanında da göstərdi.
Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Tərtər, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi.
Bir sözlə, ədalət zəfər çaldı. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı!
44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!
Ay ulduzlu üç rəngli Bayrağımız! İgidlərin səni şərəflə zirvələrə qaldırdı! Sən hər zaman qürurla dalğalan! QARABAĞ bizimdir! Qələbən mübarək, Azərbaycan! Sənə zəfər yaraşır!
Sonra məktəbin müəllim və şagird heyətinin konserti başladı. Konsertdə aşağıdakı musiqi nömrələri təqdim olundu.
“Zəfər konserti”nin PROQRAMI
1.Səid Rüstəmov “Fasilə marşı”
2. Qara Qarayev “Marş” - çıxış edir məktəbin xalq çalğı alətləri ansamblı, bədii rəhbər Nəhməd Hüseynov
3. Üzeyir Hacıbəyli “Koroğlu” operasından uvertüra və Fazil Say “Kara Toprak” - fortepianoda ifa edir Vüsal Süleymanov
4. Süleyman Ələsgərov “Vətənimdir” - kamançada ifa edir əməkdar artist Fəridə Məlikova Konsertmeyster Elxan Quliyev
5. Fərhad Bədəlbəyli “Dəniz” - fortepianoda ifa edir Aqşin İsmayılov
6. “Misri” aşıq havası - çıxış edir məktəbin “Qarabağ” aşıqlar qrupu XI sinif şagirdi Hüseyn Kərimov V sinif şagirdi Şamama Alışova Müəllimlər Cavanşir Quliyev, Təşəkgül Əmralıyev
7. Arif Məlikov “Məhəbbət əfsanəsi” baletindən türk qızlarının rəqsi - qarmonda ifa edir Abbas Abbasov konsertmeyster Elxan Quliyev
8. Faiq Sücəddinov “Vətən balladası” - fortepianoda ifa edir Elxan Quliyev
9. “Cəngi Koroğlu” aşıq havası - çıxış edir məktəbin “Qarabağ” aşıqlar qrupu
10. Arif Məlikov “Min bir gecə” baletindən rəqs - skripkada ifa edir Rauf Abıyev Konsertmeyster Elxan Quliyev
11. Nazim Əliverdibəyov “Elegiya” - klarnetdə ifa edir V sinif şagirdi İsgəndər Muxtarov Konsertmeyster Elxan Quliyev Müəllim Rövşən Məmmədov
12. İ. Bax Solfecio - fortepianoda ifa edir VIII sinif şagirdi Munir Mecidli Müəllim Vüsal Süleymanov
13. Sergey Raxmaninov “Yaz suları” - trubada ifa edir Marif Səlimov Konsertmeyster Elxan Quliyev
14. “Segah” muğamı - tarda ifa edir Valeh Allahverdiyev
15. Əlibaba Məmmədov “Mənim Azərbaycanım” - oxuyur II sinif şagirdi Həsən Məlikzadə
Müşayiət edirlər Valeh Allahverdiyev, əməkdar artist Fəridə Məlikova, Əcbər Ramazanov Müəllim Arif Qənbərov
16. Əlibaba Məmmədov “Vətən yaxşıdır” - oxuyur II sinif şagirdi Əli Mirzəyev Müəllim Arif Qənbərov
Konsertin sonunda məktəbin direktoru, Respublikanın Əməkdar müəllimi Nadir Babayev “Zəfər bayramı” münasibəti ilə qeyd edib ki, 30 ildə işğal altında olan torpaqlarımızı 44 gün müddətində Azərbaycan ordusu azad etdi: "Biz çox şadıq ki, torpaqlarımız işğalçılardan azad olundu. Bu “Zəfər bayramı” bir daha sübut etdi ki, biz güclü dövlətik, güclü ordumuz var, ələlxüsus Ali Baş Komandan Prezidentimiz İlham Əliyevə məktəbimizin kollektivi adından öz minnətdarlığımızı bildiririk".
Sonra məktəbin Həmkarlar təşkilatının sədri Mehparə Məmmədəliyeva qeyd edib ki, ordumuz qələbə çalandan sonra məktəbimizin müəllimləri Həmkarlar təşkilatı tərəfindən istirahətə göndəriliblər: "Xüsusən də Lənkəran şəhəri bizdə xoş əhval-ruhiyyə yaratdı. Eyni zamanda həmkarlar təşkilatının xətti ilə məktəbimizin 60 müəlliminə bağlama verilib. Bunu təşkil edən isə məktəbimizin direktoru, Respublikanın əməkdar müəllimi Nadir Babayev oldu. İnanırıq ki, bundan sonra dövlətimiz təhsil işçiləri üçün hər cür şərait yaradacaq".
Məmmədhəsən MƏMMƏDOV
