8 noyabr – Zəfər Günü ilə əlaqədar “Azerçay” silsilə layihələr reallaşdırıb

5 Noyabr 2021 17:21 (UTC+04:00)

İlk gündən ölkəmizin tarixinin və dəyərlərinin təbliği üçün mühüm işlər görmüş “Azerçay” növbəti dəfə ənənəsinə sadiq qalıb. “YAŞAT" Fondu tərəfindən Dənizkənarı Bulvarda təşkil edilmiş Zəfər Yarmarkasına qatılan “Azerçay” ziyarətçilərin marağına səbəb olub. Tədbir çərçivəsində qonaqlara doğma çay məhsullarından dadmaq şəraiti yaradılıb

Bununla bərabər rəşadətli ordumuz tərəfindən düşməndən azad edilmiş Ağdamda qazilərimizin iştirakı ilə keçirilmiş qılıncoynatma üzrə “Zəfər Kuboku”nun təşkilinə dəstək vermiş doğma çayımız qaliblərə hədiyyələr təqdim edib. Həmçinin “Azerçay” Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə təşkil olunmuş idman tədbirində çay təminatını üzərinə götürüb.

“Azerçay” markası həmçinin “Azərsun” Mədəniyyət Mərkəzində ictimai xadimlər, qazilər və Şirkət əməkdaşlarının iştirakı ilə təşkil edilmiş Zəfər Günü tədbirinə də dəstək verib.

Qeyd edək ki, Vətən Müharibəsi dövründə və hərbi əməliyyatlar yekunlaşdıqdan sonra şəhid ailələri və qazilərə dəstək məqsədilə müxtəlif layihələr həyata keçirmiş “Azerçay” son olaraq qazilərimizin iştirakı ilə “Doğma Qəhrəmanlar” layihəsini ictimaiyyətə təqdim etmişdi.