Bu gün Medianın İnkişafı Agentliyinin mərkəzi ofisində Şanlı zəfərin ildönümü münasibəti ilə Vətən müharibəsində iştirak etmiş hərbi jurnalistlərlə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə müharibə şəraitində jurnalist peşəkarlığının müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Daha sonra MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov çıxış edərək müharibədə hərbi jurnalist kimi iştirak etmiş reportyorların medianın daim diqqət mərkəzində olduğunu söyləyib.
O bildirib ki, Medianın inkişafı Agentliyi Vətən müharibəsinin ildönümü münasibəti ilə “44 günlük tarix yazan Media qəhrəmanları” adlı layihəyə start verib.
Sonra çıxış edən qurumun mətbuat katibi Səidə Şəfiyeva bu kimi sayaq tədbirlərin silsilə xarakter daşıyacağını bildirib.
Kəmalə Təyyarqızı