Otelə odlu silahlardan hücum edilib

5 Noyabr 2021 16:45 (UTC+04:00)

Meksikanın Kankun kurort şəhərindəki bir otelə odlu silahlardan hücum edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, otelin çimərliyinə silahlarla gələn təxminən 15 nəfərin təşkil etdiyi hücum zamanı çıxan qarşıdurmada 2 nəfər həyatını itirib. Otelə gələn qonaqlar təşviş içində qaçıblar.