Koronavirus həbindən müsbət nəticələr gəlib

5 Noyabr 2021 15:59 (UTC+04:00)

“Pfizer” şirkəti koronavirus peyvəndindən sonra bu dəfə koronavirus həbinin müjdəli xəbərini verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “BioNTech” ilə birlikdə koronavirus peyvəndi hazırlayan şirkət, Covid-19 üçün həb hazırladıqlarını açıqlayıb. Açıqlamada bilirilib ki, Covid-19-a qarşı hazırlanmış koronavirus həbinin ikinci və üçüncü dəfə qəbulundan sonra xəstəxanaya müraciət edənlərin sayı, eləcə də ölüm halları 89 faiz azalıb.