Hümanitar yardım çağırışına etinasızlıq?

5 Noyabr 2021 15:24 (UTC+04:00)
Hər şeydən əvvəl xatırladaq ki, hələ iki ay bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının Yəməndəki Humanitar Koordinasiya Bürosu 19 avqust Dünya Humanitar Yardım Günü münasibətilə yazılı açıqlama yaymışdı. Belə ki, həmən açıqlamada 2021 -ci ildə BMT, Yəməndə 16 milyon insanı xilas etmək məqsədi ilə hazırlanan yardım planı üçün zəruri olan 3,8 milyard dolların 50 faizinin belə toplanmadığı bildirilmişdi.

Qeyd edək ki, bu il Ərəbistan yarımadasının cənubunda yerləşən Yəməndə qarşıdurmalar və təbii fəlakətlər ölkənin 20 milyondan çox əhalisini açlıq və səfalətlə üz-üzə qoyub. Yəni hazırda ölkə əhalisi acdır. Maraqlıdır ki, hazırda Yəməndə 20 milyondan çox insanın humanitar yardıma möhtac olduğu halda, bu ölkəyə humanitar yardım götərməyi üzərinə götürmüş təşkilatların naşı fəaliyyəti təxminən 5 milyon yadıma möhtaç yəmənlini siyahıdan “kənarda” qoyub.

Yeri gəlmişkən xatırladaq ki, uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə, İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabr ayından etibarən paytaxt Səna və bəzi bölgələri nəzarətdə saxlayırlar.

Bu arada Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri isə 2015 -ci ilin mart ayından bəri husilərə qarşı Yəmən hökumətini dəstəkləyir.

Belə göründüyü kimi, ölkədəki qarşıdurma göz önündədir. Bu qarşıdurmanın acısını isə sadə yəmənlilər çəkirlər. Reallıq budur ki, hazırda Yəməndə əhalinin 80 faizi humanitar yardıma möhtacdır.

Qeyd edək ki, bu gün BMT Yəməndə 672 000 insana hümanitar yardım çatdırmaq üçün yaradılan “Sürətli cavab mexanizmi”ni maliyyələşdirmək üçün 38 milyon dollar tələb edib. Lakin, məsələ bundadır ki, pul verən yoxdur deyə, bu məbləğin yalnız 18 faizi toplanılıb.

Onu da bildirək ki, BMT-nin hesabatına görə, Yəməndəki “Sürətli cavba mexanizmi” ilk olaraq uşaqlara, qocalara, köçkünlərə və fövqəladə hallarda çətin vəziyyətdə olanlara humanitar yardımı nəzərdə tutur. Amma...

Bu arada qeyd edək ki, Azərbaycan da Yəmənə göstərilən humanitar yardımdan kənarda qalnayıb. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ötən ilin iyununda Yəmənə humanitar yardım göstərilməsi məqsədilə vəsait ayrılıb.

Ağasəf Babayev