Çin ABŞ-ı atom sualtı qayığının qəzası ilə bağlı təfərrüatları açıqlamağa çağırıb

5 Noyabr 2021 15:16 (UTC+04:00)

Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Vanq Venbin ABŞ-dan Cənubi Çin dənizində nüvə sualtı qayığı ilə bağlı insidentin ətraflı təfərrüatlarını təqdim etməyi tələb edib.

SİA Çin mediasına istinadən xəbər verir ki, diplomat həmçinin Amerika qüvvələrinin nümayişini və regionda təxribatların təşkilini dayandırmağı xahiş edib.

“Biz ABŞ-ı qəzanın səbəblərini ətraflı izah etməyə, eləcə də region ölkələrinin narahatlıq və qorxularına tam cavab verməyə çağırırıq”, - deyə Venbin bildirib.

Çərşənbə axşamı, oktyabrın 2-də ABŞ-ın atom sualtı qayığı su altında olarkən naməlum obyektlə toqquşub. Hadisə nəticəsində 11 ekipaj üzvü xəsarət alıb.

Sonra Amerika Hərbi Dəniz Qüvvələri gəminin su altında bir dağa dəydiyini bildirib. Komandirlikdə olan 3 zabit etimadı itirdiyi üçün işdən çıxarılıb. İndi ekspertlər sualtı qayığa dəymiş ziyanın dərəcəsini qiymətləndirirlər, bundan sonra o, təmirə göndəriləcək.

Elçin