“Yeni il üçün prioritetlər müəyyənləşdirilib. Həmişə olduğu kimi əsas prioritet vətəndaşlarımızın sağlamlığının qorunmasıdır”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 8-ci Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında Səhiyyə Nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.
Onun sözlərinə görə, digər prioritetlər ana və uşaq sağlamlığıdır: “Prioritet Vətən müharibəsinin qaziləridir, şəhid ailələridir, onların sağlamlığıdır, onlara dəstəkdir. Səhiyyəmizdə müasir bir neçə iri layihələrin həyata keçirilməsidir”.
Ayşən Vəli