Milli Məclisdə 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat müzakirə edilir

5 Noyabr 2021 11:12 (UTC+04:00)

Parlamentin iclasında 8 noyabr – Zəfər Günü ilə əlaqədar Milli Məclisin bəyanatı müzakirəyə çıxarılıb.

SİA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.

S.Qafarova bildirib ki, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə Azərbaycan Ordusunun nəyə qadir olduğunu bütün dünya gördü: “Ordumuzun qəhrəmanlığı bizim qürur mənbəyimizdir. Qələbənin bir amili də ölkəmizdə olan milli birlikdir. Bu birlik qarşısında düşmən duruş gətirə bilməzdi və gətirə də bilmədi. Bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi yaşayacaq. Bu gün Azərbaycan bayrağı Qarabağda, Şərqi Zəngəzurda qürurla dalğalanır.

Bizim bu qələbə münasibətilə Ali Baş Komandana, Silahlı Qüvvələrimizə əbədi borcumuz var”.