Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb

5 Noyabr 2021 11:07 (UTC+04:00)

Milli Məclis 8 Noyabr Zəfər Günü münasibəti ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

SİA-nın məlumatına görə, bu təklifi Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında irəli sürüb.

Deputatlar təbrik məktubunun göndərilməsini dəstəkləyiblər.