TİKA Bakı Proqram Koordinatoru Fatih Yılmaz, TİKA Bakı Proqram Koordinatorunun müavini Ahmet Çanga və TİKA Bakı Proqram Koordinasiya Ofisinin əməkdaşı Abbas Hümmətov "Davam" Gənclər Hərəkatının mərkəzi ofisinin qonağı olub. SİA-nın məlumatına görə, görüş çərçivəsində qarşılıqlı əməkdaşlığın perspektivləri dəyərləndirilib, birgə görülə biləcək işlər barəsində fikir mübadiləsi aparılıb.
Sonda hərəkatın İdarə Heyətinin sədri Nihad Allahyarlı qonaqları ofis və kollektivlə tanış edib.