İtlərlə pis davrananlar saxlanılıb

5 Noyabr 2021 03:11 (UTC+04:00)

Yaponiyanın Naqano prefekturasında itlərlə pis rəftar edən iki kişi saxlanılıb. SİA bu barədə rus mətbuatına istinad edir.

Onlar itlər üçün ayrılmış xüsusi sığınacaqda 450 itlə pis rəftar etməkdə şübhəli bilinirlər.

Sığınacaqda aparılan araşdırma nəticəsində məlum olub ki, heyvanlar nəzərdə tutulandan dəfələrlə dar qəfəslərdə saxlanılıb.

Həmçinin heyvanlarda əsasən katarakta, korluq və ya digər göz xəstəliklərinin əlamətləri aşkar edilib.