Nüvə razılaşması danışıqları başlayır...

5 Noyabr 2021 00:12 (UTC+04:00)

İran Xarici işlər nazirinin müavini və İranın Vyana danışıqlarına qatılan heyətin rəhbəri Əli Baqeri sosial media hesabında bu barədə danışıb. O qeyd edib ki, nüvə danışıqları noyabrın 29-da başlayacaq. SİA bu barədə xarici mətbuata istinad edir.

Avropa İttifaqının Ümumi Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Enrike Mora ilə telefon danışığı apardığını ifadə edən Baqeri: “Biz ABŞ-ın qeyri-qanuni və qəddar sanksiyalarını aradan qaldırmaq məqsədi ilə noyabrın 29-da Vyanada nüvə danışıqlarına yenidən başlamaq qərarına gəldik”.

Xatırladaq ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) adı ilə bilinən İranla nüvə sazişinin tam icrası və ABŞ-ın razılaşmaya qayıtması mövzusu müzakirə edilən danışıqlar aprelin 6-da başladı. Ancaq İranda iyunda keçirilən prezident seçkiləri səbəbindən danışıqlar dayandırıldı.