...Kənddə çalışanların üçdə biri miqrantlardır

4 Noyabr 2021 22:15 (UTC+04:00)

İtaliyada kənd təsərrüfatı sektorunda çalışanların üçdə birini immiqrantlar təşkil edir. SİA bu barədə xarici mətbuata istinad edir.
İtaliyanın Miqrasiya Araşdırma Mərkəzinin (İmmigrazione Dossier Statistico – İDOS) hesabatına əsasən, ötən il İtaliyanın kənd təsərrüfatı sektorunda çalışan 900 min nəfərdən 357 min 768-i immiqrantlar olub.
Müstəqil ekspertlər bu rəqəmin daha çox olduğunu və bəzi immiqrantların qeydiyyata alınmadığını bildirirlər.
İtaliya Fermerlər Konfederasiyası (Confederazione İtaliana Agricoltori - CİA) isə immiqrantların ölkənin kənd təsərrüfatı sektoru üçün xüsusi əhəmiyyət kəsb etdiyini açıqlayıb. Qeyd olunub ki, hökumət immiqrantların kənd təsərrüfatı sektorunda məşğulluğunun artırılması üçün lazımi islahatları tez bir zamanda həyata keçirməlidir.