“Nəticəyə əsaslanan danışıqlar aparmaq istəyirik”

4 Noyabr 2021 21:58 (UTC+04:00)

İran prezidenti İbrahim Rəisi Nüvə razılaşmasına dair nəticəyə əsaslanan danışıqlar istədiklərini bildirib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

İran Respublikasının yeni prezidenti İbrahim Rəisi Simnan şəhərində ABŞ-ın Tehrandakı səfirliyinin işğalının 42-ci ildönümü münasibəti ilə təşkil edilən mərasimdə çıxış edib. Nüvə sazişi müzakirələrinə toxunan prezident Rəisi bildirib ki, müzakirə anlayışımız nəticələrə əsaslanır. Biz sanksiyaların götürülməsi tələbimiz başda olmaqla heç bir mövzuda güzəştə getməyəcəyik. Lakin müzakirə masasından da qalxmayacayıq.

ABŞ-ın Ərəb dənizində İran neftini oğurlamaq cəhdi ilə bağlı İnqilab Keşikçiləri Karpusunun gördüyü tədbirləri də yüksək qiymətləndirən Rəisi ABŞ-ın regionda “tiranlığı təqib etdiyini” vurğulayıb.