Günəş fırtınası bu gün dünyaya təsir edəcək

4 Noyabr 2021 17:35 (UTC+04:00)

Alimlər dünya üçün kritik xəbərdarlıq edib. Elm dünyası tərəfindən “Kannibal” ləqəbli günəş fırtınasının bu gün Yer kürəsinə təsir edəcəyini açıqlayıb. Fırtınanın peyklərə və radiolara zərər verə biləcəyi bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “G3 səviyyəli fırtına” bu gün dünyanın müxtəlif yerlərində öz təsirini göstərəcək. Geomaqnit qasırğası NASA-nın Günəş və Heliosfer Rəsədxanası tərəfindən aşkar edilib.