YAP Biləsuvar rayon təşkilatının əməkdaşları Şəhid ailəsini ziyarət ediblər

4 Noyabr 2021 17:05 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının əməkdaşları və fəalları 4 noyabr 2021- ci il tarixdə 44 günlük Vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canından keçən Biləsuvar rayon Ağayrı kəndindən olan şəhid Nuri Xəyal Şakir oğlunun ildönümü ilə əlaqədar olaraq ailəsini ziyarət ediblər.

Daha sonra şəhidin məzarı ziyarət edilib və dərin ehtiramla yad edilərək məzarının üzərinə tər gül dəstələri qoyublar.

Allah rəhmət eləsin!