Havada toz dumanı müşahidə olunur

4 Noyabr 2021 15:12 (UTC+04:00)

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə Bakı və Abşeron yarımadasında şimal-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur. Hazırda Bakı və Abşeronda havada tozun miqdarı normadan 2.5 dəfə çoxdur. Bunu Xidmətin əməkdaşı Gülnarə Abbasova açıqlamasında bildirib.

G.Abbasovanın sözlərinə görə, belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır: “Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır”.