”Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ölkənin bütün regionlarının inkişafı məsələlərini şəxsi nəzarətində saxlayır, geniş quruculuq və bərpa işlərinə dair ardıcıl tapşırıqlar verir, qərarlar qəbul edir”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycanın arxitekturasının, müasir simasının formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir:
“Azərbaycan Prezidentinin təkcə işğaldan azad olunmuş ərazilər deyil, ölkənin digər bölgələrinə də ardıcıl səfərlər etməsi onu göstərir ki, bütün şəhər, rayon və kəndlərdə geniş quruculuq işlərinin davam etdirilir. Hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prioritet təşkil etsə də, digər bölgələrdə də dinamik inkişaf nəzərə çarpır.
Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Lahıcı hər il on minlərlə xarici turist ziyarət edir. Heydər Əliyev Fondunun tarixi, mədəni və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti bütün ictimaiyyət tərəfindən təqdir olunur. Bu kontekstdə 1791-ci ildə inşa edilən Bədöyün məscidində aparılan bərpa-təmir işləri də mühüm aktuallıq kəsb edir. Bununla yanaşı, son illər ölkədə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilmişdir. İsmayıllı rayonunda Basqal-Sulut avtomobil yolunun tikintisi yol-nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi baxımından xüsusi rolu vardır.
İsmayıllıda Uşaq və Ailələrə Dəstək Mərkəzi regionun hərtərəfli inkişafı və bir sıra problemlərin aradan qaldırılması nöqteyi-nəzərdən əhəmiyyətlidir. Eyni zamanda qeyd edək ki, son illər ölkədə müasir təhsil infrastrukturunun yaradılması prosesi genişlənmiş, 3 mindən çox məktəb tikilmiş və ya əsaslı bərpa olunmuşdur. Bu xüsusda İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin və Şamaxıda Çarhan kənd orta məktəbinin yeni binası müstəsna əhəmiyyətə malikdir.
Qeyd edək ki, son illər Azərbaycanda enerji təchizatı sahəsində görülmüş işlər nəinki ölkəmizdə, eləcə də hüdudlarından kənardakı energetiklər tərəfindən təqdir olunur. Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin yaradılması şəhərinin elektik enerji ilə təminatı baxımından önəmlidir. Digər tərəfdən, perspektivdə “Meysəri” yarımstansiyası vasitəsilə Şamaxı və İsmayıllı rayonlarının elektrik şəbəkələri əlaqələndirilməsinin həyata keçiriləcək.
Şamaxı şəhər stadionunun açılması isə yerli futbol ənənələrinin bərpası baxımından, həm regionlarda idmanın inkişafı, həm də onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyasəti ilə uyğunluq təşkil edir”.