Rusiya Müdafiə Nazirliyi Qara dənizə daxil olan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Mount Whitney" amfibiya komanda-nəzarət gəmisinin nəzarətə alındığını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin bu gün Qara dənizə daxil olduğu bildirilib. Açıqlamada, Rusiyanın Qara dənizdəki donanmasının "Mount Whitney" amfibiya komanda-nəzarət gəmisinin manevrlərini izlədiyi bildirilib.