"Beynəlxalq Mahmud Kaşğari mükafatı"nın növbəti təqdimatı keçirilib FOTOLAR

4 Noyabr 2021 12:33 (UTC+04:00)

Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Mahmud Kaşğari adına Beynəlxalq Fondun təsis etdiyi "Beynəlxalq Mahmud Kaşğari mükafatı"nın təqdimatı keçirilib. "SİA"-ya verilən məlumata görə, təqdimat mərasimində Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti Elxan Zal Qaraxanlı ümumtürk mədəniyyətinin inkişafı və bu yöndə xidmətləri olan yazarlar haqqında danışıb. Bildirilib ki, "Beynəlxalq Mahmud Kaşğari mükafatı" türk mədəniyyətini dünyada təbliğ edən və onu geniş arealda tanıdan insanlara verilir. Bu yolda fond Azərbaycanda və dünyanın bir sıra ölkələrində müxtəlif tədbirlər keçirir, ümumtürk mədəniyyəti qarşısında göstərilən xidmətlərə görə, sözügedən mükafatı və onun medalını layiq görülən insanlara təqdim edir.

"Mahmud Kaşğari mükafatı"nın budəfəki laureatları "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan və tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmli, şair-publisist Zərəngiz Dəmirçi Qayalı 60 illik yubileyi münasibətilə fond tərəfindən "Mahmud Kaşğari medalı"na layiq görülüb.

Mükafata layiq görülən yazarları təbrik edən fondun rəhbəri onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb. Sonra mükafatlar təqdim olunub.