Azərbaycan "Cənub Qaz Dəhlizi" ilə 14 milyard kubmetrdən çox qaz ixrac edib İlham Əliyev

4 Noyabr 2021 10:58 (UTC+04:00)

İlin əvvəlindən 10 ay ərzində Azərbaycan "Cənub Qaz Dəhlizi" ilə 14 milyard kubmetrdən çox qaz ixrac edib.

SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxış edərkən deyib.

Dövlət başçısı bildirib: "Azərbaycan qazı Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstanda istehlakçılara çatdırılıb. Mənim səsləndirdiyim həcmin təxminən yarısını Avropadakı istehlakçılar əldə edib".