İndi Azərbaycanda pandemiya nəzarət altındadır Prezident İlham Əliyev

4 Noyabr 2021 10:18 (UTC+04:00)

İndi Azərbaycanda pandemiya nəzarət altındadır.

SİA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Peyvəndlənmə səviyyəsi kifayət qədər yüksəkdir. Əhalimiz bu prosesə çox məsuliyyətlə yanaşır. Azərbaycan peyvəndləmənin vacibliyini anlayır və bu bizim işimizi xeyli səviyyədə asanlaşdırır".