80 yaşlı azərbaycanlı qadın itkin düşüb

4 Noyabr 2021 05:22 (UTC+04:00)

Türkiyədə 80 yaşlı azərbaycanlı qadın itkin düşüb.

Hadisə Çorum şəhərində baş verib.

Belə ki, getdiyi yeri tapa bilməyən qadın, yol polisinə müraciət edib. Qadın polisə evinin ünvanını 4 gündür ki, itirdiyini bildirib.

Azərbaycanlı qadın yaxınlarının tapılması üçün polis bölməsinə aparılıb.