Cüzi qiymətə bahalı paltar almağın yolu

4 Noyabr 2021 05:11 (UTC+04:00)

İngiltərə sakini 55 yaşlı Viktoriya Abadi bahalı brend almağın yolunu açıqlayıb. Onun sözlərini Daily Mail sitat gətirir.

1989-cu ildə universitetdə oxuyarkən maliyyə problemləri olduğunu deyən Abadi buna görə pula qənaət etmək üçün ikinci əl paltarlar almağa başlayıb.

Onun sözlərinə görə, qarderobunun 95 faizi ikinci əl əşyalardan ibarətdir. Qadın bütün geyimlərinin əsl dəyərinin beş min funt sterlinq (500 min rubl) olduğunu, ancaq buna cəmi 500 lirə (50 min rubl) xərclədiyini vurğulayıb. Dediyinə görə, kolleksiyasına Gucci, Topshop, Miss Selfridges, Asos, River Island və digər brendlərin malları daxildir.

Abadi etiraf edib ki, ikinci əl mağazalarında alış-veriş etmək ona obrazlarını yaradan zaman kənarda düşünməyə kömək edir. “Həftədə iki dəfə dükanlara gedirəm. Mən həqiqətən dəyərli bir şey tapmaq üçün orada bir neçə saat sərf etməyi xoşlayıram. Mən dəblə təcrübə etməyi və 50 yaşımda özümü heyrətamiz hiss etməyi sevirəm”.
Zeynəb Babayeva