Çeynənmiş saqqızdan hazırlanan "heykəllər"

4 Noyabr 2021 02:15 (UTC+04:00)

Türkiyəli mikroheykəltəraş Necati Korkmaz ətraf mühitin çirklənməsi probleminə diqqət çəkmək üçün altı ay ərzində çeynənmiş saqqızdan 15 kiçik heykəl düzəldib.

SİA bu barədə rus mətbuatına istinad edir

Mikroiynələrlə hazırlanan heykəllər Kuşadasında sənət mərkəzində sərgilənir.

Korkmaz bildirib ki, məqsədi təbiətə atılan saqqızın məhv olmasının çətinliyi, buna görə təbiətdə yarana biləcək problemlərə diqqət çəkməkdir.

Heykəllərin hündürlükləri 3-15 santimetr civarındadır.