Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “KPMG Azərbaycan” şirkətinin “Karyera günləri” ilə bağlı tədbirləri davam edir. UNEC-dən SİA-ya bildirilib ki, şirkətin nümayəndələri təmsil etdikləri qurumun fəaliyyəti, karyera və iş imkanları barədə məlumat veriblər.
Həmçinin tədbir çərçivəsində “KPMG Azərbaycan” şirkətində mövcud vakansiyalar üzrə müsahibələr keçirilib, karyera imkanları və işə qəbul qaydaları barədə infosessiyalar təşkil olunub, iştirakçıların sualları cavablandırılıb.