Zəfər Tarixi - MƏQALƏ

3 Noyabr 2021 16:10 (UTC+04:00)

Qarabağı Azərbaycan xalqı heç unutmadı. 30 ilə qədərki müddətdə arzularımız, nəğmələrimiz, həsrətimiz oldu Qarabağ. Tariximizin, təqvimin əskik olan günü idi Zəfər günü.

27 sentyabr 2020 ci il düşmənin növbəti təxribatı zamanı atəşkəsi pozması, sivil əhalini vurması ilə Azərbaycan tərəfi hərəkətə keçdi. Ali Baş Komandanımız döyüş əmri verdi. Beləliklə Vətən müharibəsi adlandırdığımız ikinci Qarabağ müharibəsi başladı. Ordumuz qısa müddətdə düşmənə ağır zərbələr vurdu. 44 gün çəkən müharibədə düşmən tərəfi məhv edildi, artıq təslim olmağa məcbur qaldılar.

Belə ki, oktyabrın 3- ü tarixi Suqovuşan ərzisi və yüksəkliyi, 4 oktyabrda Cəbrayıl şəhəri, 9 oktyabrda Hardrud qəsəbəsi, 17 oktyabrda Fizuli şəhəri, 20 oktyabrda Zəngilan şəhəri, 24 oktyabrda Qubadlı şəhəri işğaldan azad olundu.Xocavəd rayonun coxsaylı kəndləri, Xocalının bəzi kəndləri və nəhayət ordumuz Laçına daxil oldu. Prezidentimiz hər gün xalqımıza yeni yeni azad olunan ərazilərimizin müjdəsini verirdi. Lakin hər bir azərbaycanlının qəlbi Şuşada döyünürdü. Qulağımız səsdə Şuşanın azad olunacağı günü gözləyirdik. Nəhayət o gün gəlib çatdı. Müzəffər Azərbaycan ordusu Şuşa şəhərini geri qaytardı.8 Noyabr 2020 ci il Ali Baş Komandanımız İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciət edərək Şuşanın azad olunması xəbərini Azərbaycan xalqına çatdırdı. Üçrəngli Azərbaycan bayrağı artıq Şuşada dalğalanırdı. Bu hər bir azərbaycanlının arzusu idi, sevinci, xoşbəxtliyi idi. Millətimiz küçələrə axışaraq bu möhtəşəm qələbəni qeyd etdi.

Şuşanın alınması artıq münaqişənin gedişatında dönüş olacağının göstəricisi idi. Erməni tərəfi hər cəhətdən tükənmişdi, ordumuz Xankəndinin 5 kilometrliyində idi, noyabrın 9 da 71 kənd, 1 qəsəbə, 8 starteji yeksəklik əldə edildi.Düşman noyabrın 9 dan 10 na keçən gecə artıq müqavimət göstərə bilməyəcəyini etiraf etdi. Kapitulyasiya aktına görə, bir güllə atmadan noyabrın 20-si Ağdam və 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Beləliklə, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.

Azərbaycan, Rusiya, Ermənistan arasında sülh imzalandı. Erməni tərəfi Azərbaycanın bütün şərtlərini qəbul etməli oldu. Prezidentimiz xalqa müraciətində artıq müharibənin başa çatdığını, torpaqlarımızın azad olunduğunu canlı yayımla bildirdi. Bu dövlətimizin, xalqımızın, ordumuzun 30 illik mübarizəmizin qələbəsi idi. Sevincimiz hədsiz idi, hər kəs bayram kimi qeyd etdi qələbəmizi.

Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi.

Bu böyük qələbəni şanlı Azərbayan odusuna, bu torpaq üçün canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borcluyuq. 3000 nə qədər igid Azərbaycan oğlu canından keçdi bu Vətən üçün. Zəfərimizin memarı məğlubedilməz Azərbaycan ordusudur.

8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarixi gündür. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!

Arzu Yaqubova

Xəzər rayonu, 181 nomrəli tam orta məktəbin müəllimi