Bakıda 11 mənzil qarət olundu

3 Noyabr 2021 12:59 (UTC+04:00)

Bakıda 11 mənzil qarət olunub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda 11 evin həyətlərindən su qızdırıcıları, kombilər və avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini N.Qədirli saxlanılıb.