"Ölkə rəhbərliyi kifayət qədər adekvat reaksiya verib" - İQTİSADÇI AÇIQLADI

3 Noyabr 2021 10:40 (UTC+04:00)

“Hesab edirəm ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində genişmiqyaslı quruculuq, bərpa işlərinin aparılmasına baxmayaraq, ölkənin digər bölgələrində də sosial-iqtisadi inkişafla bağlı layihələrin reallaşdırılması zəruridir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, bütün bunlar ölkə Prezidentinin və Birinci xanımın siyasətində öz əksini tapır: “Biz görürük ki, ölkədə reallaşdırılan iri sosial, iqtisadi layihələr bilvasitə ölkə Prezidenti və Birinci xanım tərəfindən reallaşdırmaqdadır. Onların təşəbbüsü ilə bu proseslərə start verilir. Bu da bir daha onu deməyə əsas verir ki, ölkədə mövcud olan iqtisadi, sosial çağırışlara ölkə rəhbərliyi kifayət qədər adekvat reaksiya verib”.

O, sözlərinə belə davam edib: “Eyni zamanda, hesab edirəm ki, aidiyyatı dövlət qurumları da proseslərin bu istiqamətdə getməsindən müvafiq nəticə çıxarmalıdır. Çünki, şübhəsiz ki, həmin qurumların da fəaliyyətində effektiv yanaşmaların olmasına böyük ehtiyac var”.

Ayşən Vəli