DSX-nın rəsmiləri şəhid ailələrini ziyarət edib - FOTOLAR

3 Noyabr 2021 10:28 (UTC+04:00)

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaq­ları­mızın düşmən işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində həlak olmuş sərhədçilərin anım tədbirləri davam edir. Şəhid kapitan Meydanov Elməddin Bahəddin oğlu, leytenant Abbasov Murtuz Çingiz oğlu, gizir Səmədov Nicat Şahin oğlu, kiçik gizir Talıbov Təbriz Məhərrəməli oğlu, əsgər İskəndərli Səbuhi Yaşar oğlu, əsgər Əliyev Rəvan Yusif oğlunun boya-başa çatdıqları doğma yurdlarında keçirilmiş anım məra­sim­lərində Dövlət Sərhəd Xidmətinin rəsmi­ləri, rayon rəhbərliyi, şəhidlərin ailə üzvləri, ictimaiyyət nümayəndələri işti­rak ediblər. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mərasimlərdə şəhidlərin məzarları ziyarət edilib, üzərilərinə gül çələngləri düzülüb.

Tədbirlərin iştirakçıları ərazi bütövlüyümüzün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi və sərkərdə məharəti, xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdəti, Silahlı Qüvvələrimizin rəşadəti sayəsində qazanılmış möhtəşəm qələbədən danışmış, qəhrəman şəhidlərin sərhədçi andına və şərəfinə sadiq qalaraq Vətən Müharibəsinin ilk günündən döyüş meydanında şücaət və fədakarlıq nümayiş etdirdikləri, qarşıya qoyulan döyüş tapşırıqlarını qanları və canları bahasına layiqincə yerinə yetirərək şəhadət zirvəsinə ucaldıqlarını vurğulayıblar.

Vətən Müharibəsində bizlərə qalibiyyət sevinci yaşatmış şəhidləri­mizin əziz xatirə­­sinin hər zaman sonsuz ehtiramla və minnətdarlıqla anılacağı, onların qəhrəmanlıq mirasının gələcək nəsillər üçün nümunə olacağı qeyd edilib.

Şəhidlərin ailə üzvləri dövlətimiz tərəfindən torpaqlarımızın azad olunması uğrunda həlak olan qəhrəmanların xatirələrinin əbədi­ləş­dirilməsi, ailələrinə göstərilən yük­sək diqqət və qayğıya görə minnət­darlıq bildiriblər.