Bakıda “Porche” qəza törədib

3 Noyabr 2021 07:29 (UTC+04:00)

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

SİA xəbər verir ki, qəza Həsən Əliyev küçəsində qeydə alınıb.

“Porche” markalı nəqliyyat vasitəsi yol kənarında dayanan “Hyundai” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “Porche” deformasiyaya uğrayıb.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.