"Facebook" üz tanıma sistemindən imtina edəcək

3 Noyabr 2021 04:08 (UTC+04:00)

"Facebook" sosial şəbəkəsinin rəhbərliyi üz tanıma sistemindən imtina etmək qərarına gəlib.

SİA-nın məlumatına görə, bu barədə sosial şəbəkənin məxsus olduğu "Meta" şirkətinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir: "Biz "Facebook"da üz tanıma sistemindən istifadəni dayandırırıq. Bundan istifadə etməyə razılıq verən insanlar artıq foto və videolarda avtomatik müəyyən edilməyəcəklər. Bir milyarddan çox insanın fərdiləşdirilmiş üz tanıma şablonlarını siləcəyik".