Bayden Rusiya və OPEK ölkələrini ittiham edib...

3 Noyabr 2021 03:19 (UTC+04:00)

ABŞ Prezidenti Cozef Bayden neftin qiymətinin artmasında Rusiya və OPEK ölkələrini ittiham edib .

Trend-in məlumatına görə, bu barədə C.Bayden Qlazqoda keçirilən mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, neftin qiymətinin artması OPEK ölkələrinin, xüsusən də Rusiyanın əlavə neft hasilatından imtinasının nəticəsidir:

"Benzinin, neftin qiymətlərinə nəzər salsanız, bu, Rusiya və ya OPEK ölkələrinin neft hasilatını artırmaqdan imtinasının nəticəsidir".