İndoneziya sahillərində güclü zəlzələ olub

2 Noyabr 2021 23:10 (UTC+04:00)

İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.

SİA-nın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Ambon şəhərindən 457 kilometr cənub-şərqdə, ocağı isə 95 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.