Okeanın ortasında sirli qara dəlik ortaya çıxıb

2 Noyabr 2021 21:14 (UTC+04:00)

Reddit istifadəçisi Google Xəritələrdən istifadə edərkən okeanın ortasında qara dəliyə rast gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kokobloks adlı istifadəçi Google Xəritələr subredditində “bu heç də adaya bənzəmir” yazısını yazıb. Google bu sirli yerin sirrini anında açıqlayıb və görüntünün Vostok adası olduğu ortaya çıxıb. Bu qara rəngli şəkil Yeni Zelandiyanın şimal-şərqində yerləşir. Bu yer ada ölkəsi olan Kiribati Respublikasına aiddir. Məlum oldu ki, qara görünən rəng isə əslində çox sıx yerləşən tünd yaşıl, Pisonia ağaclarından ibarət bir meşədir.