"Pfizer" satışlardan əldə edəcəyi gəliri proqnozlaşdırıb

2 Noyabr 2021 19:05 (UTC+04:00)

Koronavirus epidemiyasında peyvəndi bütün dünyada istifadə edilən ABŞ-ın əczaçılıq şirkəti "Pfizer" yeni satış gəlirləri təxminlərini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, müvafiq olaraq, ABŞ-ın əczaçılıq nəhənginin koronavirus peyvəndinin satışından əldə etdiyi gəlir bu ilin üçüncü rübündə 13 milyard dollar olduğu halda, il sonu satış proqnozu 36 milyard dollara yüksəlib.