Müasir infrastruktur layihələr uğurla reallaşır TƏHLİL

2 Noyabr 2021 16:34 (UTC+04:00)

İki cəbhədə müharibə aparmış Azərbaycan bu gün sosial layihələri uğurla davam etdirir. Vətən müharibəsində Zəfər çalmış Azərbaycan SOVİD-19 pandemiyası ilə mübarizəsini davam etdirməkdədir. Bu çətin dönəmdə ölkəmizdə sosil layihələr də uğurla icra olunur. İşğaldan azad olunan ərazilərdə aparılan böyük abadlıq-quruculuq işləri ilə yanaşı, bölgələrdə də infrastruktur layihələri icra olunur. Azərbaycan Prezidenti İlham Əliyevin regionlara hər səfəri tarixi hadisələrlə yadda qalır. Yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, məktəblərin istifadəyə verilməsi, "ASAN xidmət" mərkəzlərinin açılışı və s. işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan düzgün istifadə mexanizmlərini də üzə çıxarır.

Bu gün müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin icrası da uğurla reallaşır. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq, artıq ölkəmizdə aqroparklar yaradılıb. Aqroparkların yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində əhəmiyyətli rol oynayır. Son 18 ilin reallıqları bir daha göstərir ki, ölkəmizdə icra olunan islahatlar, həyata keçirilən dövlət proqramları bütün sahələrdə uğurların əldə olunması ilə nəticələnib. Əlbəttə ki, reallaşan layihələr ölkəmizin bütün bölgələrinin simasını tamamilə dəyişib, rayonların ucqar kəndləri belə qazlaşdırılıb, yaşayış məntəqələri içməli su ilə təmin olunub. Bu fikirlər deməyə əsas verir ki, ölkəmizdə əhalinin həyat şəraiti yüksəlib, şəhərlə kənd arasındakı fərq aradan qaldırılıb.

Əlbəttə ki, bütün bunlarla yanaşı, Azərbaycan Prezidentinin tapşırıq və göstərişlərinə əsasən, son illərdə ölkəmizdə yol infrastrukturunun qurulması istiqamətində də ardıcıl işlər görülür. Kənd yollarının yenidən qurulması, mövcud yolların müasir səviyyəyə çatdırılması məqsədilə çox mühüm layihələr icra olunub və bu davam etməkdədir.

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsmayıllı rayonuna səfəri çərçivəsində rayonun başlanğıcını Muğanlı-İsmayıllı yolunun 17-ci kilometrliyindən götürən Basqal-Sulut avtomobil yolunun açılışında iştirak etməsi əlbəttə ki, dövlət başçısının ölkəmizin bütün ərazilərində yol infrastrukturuna ayırdığı diqqətdən qaynaqlanır. Bu gün işğaldan azad olunmuş ərazilərdə də infrasturuktur layihələr uğurla həyta keçirilir. Qeyd edək ki, Basqal-Sulut avtomobil yolunun inşası Prezident İlham Əliyevin ötən ilin iyulunda imzaladığı Sərəncama uyğun olaraq aparılıb. İki hərəkət zolaqlı yol dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. Basqal, Qıçatan, Tağlabiyan, Kəlfərəc, Zeyvə, Kürdüvan, Xankəndi, Mücü, Sərsurə, Kələzevə və Sulut kəndlərini birləşdirən avtomobil yolunun uzunluğu 30,1 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Yol üzərində 4 körpü tikilib və zəruri yol infrastrukturu yaradılıb. Uzunluğu 13 kilometr olan bu yol uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii amillərin təsirindən yararsız vəziyyətdə olub. Hazırda isə yol müasir səviyyədə yenidən qurulub. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq inşa edilən yol 4 minə yaxın əhalinin yaşadığı 3 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının, xüsusən də üzümçülüyün inkişafına töhfə verəcəkdir. Bu yollar hesabına təbii ki, regionların iqtisadi potensialı da yüksəlir. Təbii ki, avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir.

Əlbəttə ki, bu, bir daha göstərir ki, Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun müasirləşməsini daha da sürətləndirir.

Prezident İlham Əliyevin sərəncamları, eləcə də göstəriş və tapşırıqları əsasında ölkəmizdə nəzərdə tutulan bütün yol infrastruktur layihələrin icra edilməsi insanların həyat şəraitinin yaxşılaşmasına təsir edən turizmin və kənd təsərrüfatının inkişafına da təsirsiz ötüşmür.

Zümrüd BAYRAMOVA