Aktrisanın vəfatı məşhurları yasa boğdu

2 Noyabr 2021 15:48 (UTC+04:00)

“Kuzey Güney” serialındakı Handan Tekinoğlu obrazı ilə yadda qalan aktrisa Semra Dinçer mübarizə apardığı ağciyər xərçənginə uduzaraq həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu acı xəbərdən sonra məşhurlar yas tutublar.

Məşhur aktyor Kıvanç Tatlıtuğ, Mustafa Avkıran, Bade İşil və ssenarist Ece Yörençin keçmiş həmkarları haqqında bir-birinin ardınca başsağlığı yazıblar.

Kıvanç Tatlıtuğ: “Çox üzr istəyirəm. Səma Dinçərə Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm...”

Mustafa Avkıran: “Ah, Semra... hüzur içində yat”.

Bade İşil: “Allah rəhmət eləsin, ailəsinə və sevənlərinə səbr diləyirəm”.

Ayşən Vəli