Bugünə qədər vaksin olunan yeniyetmələrin sayı açıqlanıb

2 Noyabr 2021 14:52 (UTC+04:00)

Bugünə qədər 439 nəfər yeniyetmə vaksinasiyada iştirak edib.

Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, onlar arasında hər hansı ağırlaşma yaxud fəsad qeydə alınmayıb.

Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır: "Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər".