Yeni layihə təhsil sisteminə yeni format gətirəcək – Nazir müavini

2 Noyabr 2021 14:46 (UTC+04:00)

Yeni çağırışlar qarşıya yeni tələblər qoyur. İşçi qrupu tərəfindən hazırlanan “Ali təhsil haqqında” yeni qanun layihəsi təkmilləşdirilməlidir və işlənməlidir. Düşünürəm ki, bu sənəd Azəbaycanda təhsil sisteminə öz müsbət təsrini göstərəcək. Yeni layihə ilə təhsil sisteminə yeni format gətiriləcək.

SİA-nın məlumatına görə, bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin Elm və təhsil komitəsi yanında İşçi Qrup tərəfindən hazırlanan "Ali təhsil haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun fikrincə, ali təhsil üzrə qəbul planını artırmaq əvəzinə təhsilin keyfiyyəti yaxşılaşdırılmalıdır. Nazir müavini qeyd edib ki, ölkədə çevik təhsil proqramları tətbiq olunmalıdır: "Hesab edirəm ki, çevik yanaşma mühüm şərtdir".